• Bakı 21° C

    8.99 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

33,5 mindən çox şagirdə attestat veriləcək
CƏMİYYƏT
17 Iyun 2025 | 13:18

33,5 mindən çox şagirdə attestat veriləcək

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərinə attestatlar veriləcək.

Bu barədə Bakıvaxtı.az-a BŞTİ-dən məlumat verilib.

Attestatlara illik qiymətlər və buraxılış imtahanından tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili (dövlət dili kimi) fənlərindən toplanmış ballar yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 33 517 şagird bitirib.

Qeyd edilib ki, IX sinfi bitirən şagirdlərə isə attetatlar 23-28 iyun 2025-ci il tarixlərində veriləcək.


SON XƏBƏRLƏR