• Bakı 21° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Camal Hill və Xalil Rountri Dağüstü Parkda üz-üzə gəliblər
İDMAN
17 Iyun 2025 | 17:03

Camal Hill və Xalil Rountri Dağüstü Parkda üz-üzə gəliblər

Bakıda keçiriləcək “UFC Fight Night: Hill vs Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə həmçinin azərbaycanlı MMA döyüşçüləri Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev də iştirak ediblər.

Turnir iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə titulun sabiq iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnir çərçivəsində həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.


SON XƏBƏRLƏR