• Bakı 20° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

QHT-lərə xəbərdarlıq edildi 
CƏMİYYƏT
17 Iyun 2025 | 20:09

QHT-lərə xəbərdarlıq edildi 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi III sektor təmsilçilərinə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, Agentliyin aşağıdakı bəyanatla çıxış edib:

"Son zamanlar bir sıra QHT-lərin yenidən özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etmək istəməsi barədə siqnallar gəlir.

Bildiririk ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən təltifdir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.

İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik".


SON XƏBƏRLƏR

17 Iyun 2025