İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı xəbərlər yalandır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi Əhmədinejadın ofisinə istinadən xəbər yayıb.
***21:42
İranın müxalifət mediası İsrailin "Terror Alarm" resursuna istinadən yazır ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehranda maskalı şəxslər tərəfindən öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, sui-qəsdin arxasında SEPAH-ın kəşfiyyat xidməti ilə əlaqəli qüvvələrin dayandığı bildirilir. Bunu İran hökumətindəki daxili çəkişmələrin bir hissəsi adlandırırlar.
Hələlik rəsmi təsdiq yoxdur. İran höküməti vəziyyəti şərh etmir.
Məlumata görə, Əhmədinejad küçədə xanımı və iki oğlu ilə birlikdə gedərkən maskalı şəxslər tərəfindən güllələnib.
***20:49
İranın keçmiş prezidenti Mahmud Əhmədenejat qətlə yetirilib.
Bu barədə Bakıvaxtı.az AzTV-yə istinadən xəbər verir.
Məlumata görə, M.Əhmədenejat küçədə açılan atəş nəticəsində öldürülüb.