• Bakı 24° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər
DÜNYA
21 Iyun 2025 | 00:03

ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər

ABŞ hakimiyyəti böyük yarımkeçirici istehsalçılarına xəbərdarlıq edib ki, onlar ölkə istehsalı olan avadanlıqların Çindəki fabriklərə tədarükü üçün verilən icazələri ləğv etməyi düşünürlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri Ceffri Kessler şirkətlərə ABŞ-nin icazələri ləğv etmək istədiyini bildirib.

Hazırda "Samsung Electronics" və "SK Hynix", eləcə də "TSMC" indi hər bir iş üçün ayrıca lisenziya almadan Çindəki fabriklərinə ABŞ avadanlığı təqdim edə bilir.

Nəşr bildirib ki, sözügedən planlar həyata keçirilərsə, bu, diplomatik və iqtisadi nəticələrə gətirib çıxara bilər. Qəzetin yazdığına görə, Pekin bunu Londonda aparılan danışıqlar zamanı əldə olunmuş razılaşmaların pozulması kimi şərh edə bilər.


SON XƏBƏRLƏR

20 Iyun 2025