• Bakı 15° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

ABŞ və Cənubi Koreya hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır
DÜNYA
31 Oktyabr 2024 | 03:00

ABŞ və Cənubi Koreya hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya Asiya-Sakit Okean regionunda hərbi əməkdaşlığın genişləndirilməsini planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Austin Cənubi Koreyadan olan həmkarı Kim Yon Hyon ilə Pentaqonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Bu gün nazir Kim və mən regionda ümumi dəyərlər və maraqlara əsaslanan əməkdaşlığımızın genişləndirilməsi üzrə çərçivə razılaşmasını dəstəklədik", - amerikalı nazir bildirib. O, bu barədə ətraflı məlumat verməyib.

"Bu gün nazir Kimi ABŞ-nin Cənubi Koreyanın müdafiəsinə tamamilə sadiq qaldığını, genişləndirilmiş deterrent öhdəliklərimizin hələ də dəyişməz olduğunu əmin etdim. Bu öhdəliklər ABŞ-nin qeyri-nüvə raket müdafiəsi, nüvə və müasir qeyri-nüvə potensialı üzrə bütün güc və vasitələrinə əsaslanır. Bundan əlavə, Cənubi Koreya ilə müttəfiqlərlə genişmiqyaslı təlimlərin keçirilməsinə qayıtmışıq ki, bu da birgə hazırlığı və əməliyyat uyğunluğunu gücləndirir", - Ostin qeyd edib.

Qeyd edək ki, 31 oktyabrda Vaşinqtonda ABŞ və Cənubi Koreyanın xarici siyasət və müdafiə nazirliklərinin rəhbərlərinin iştirakı ilə "2 + 2" formatında danışıqlar keçiriləcək./report


SON XƏBƏRLƏR

30 Oktyabr 2024