• Bakı 22° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Xəstənin təcili yardımla xəstəxanaya çatdırılması...

CƏMİYYƏT

30 Oktyabr 2024 | 15:38

Xəstənin təcili yardımla xəstəxanaya çatdırılması...

“Xəstəni ilk saatlardan xəstəxanaya aparmaq lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova deyib.

P.Allahyarovanın sözlərinə görə, xəstənin xəstəxanaya vaxtında çatdırılması onun iflic riskinin qarşısını alır.

"103-ə zəng edərək zamanında pasiyenti xəstəxanaya aparmaq lazımdır. Niyə mən 103 vasitəsilə deyirəm? Çünki bu, dünyada sübut olunub ki, xəstənin təcili yardımla xəstəxanaya çatdırılması şəxsi avtomobillə aparılmasından daha tez vaxt ərzində mümkün olur",- deyə Pərvin Allahyarova bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

31 May 2025