“İnsulta səbəb olan amillər dəyişə biləcək və dəyişə bilməyəcək amillərə bölünür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova deyib.
Onun sözlərinə görə, bəzi faktorları kontrol altına ala bilsək də, bəzi amillər modifikasiya oluna bilmir:
"Məsələn, yaş və irq amilini biz kontrol altına ala bilmirik".
P.Allahyarova qeyd edib ki, yüksək qan təzyiqi, şəkərli diabet, fiziki aktivliyin az olması, depressiya, hiperxolesterinemiya, səyrici aritmiya, ürək xəstəlikləri, zərərli vərdişlər- siqaretçəkmə, alkoqol, piylənmə, irsiyyət insultun risk faktorlarıdır.
Mina Mikayılova