• Bakı 10° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

ADY taxıl daşımalarını artırıb
CƏMİYYƏT
10 Aprel 2026 | 17:44

ADY taxıl daşımalarını artırıb

Bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 152 min tona taxıl və dənli bitkilər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.

Bu barədə Bakıvaxtı.az-a ADY-dən məlumat verilib.

Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub. Bu göstərici isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.


SON XƏBƏRLƏR