Türkiyəli müğənni Alişanla bağlı yeni iddia yayılıb.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, ifaçının çalışdığı TRT1 kanalından işdən çıxarıldığı deyilir.
Buna səbəb kimi müğənninin həyat yoldaşı Buse Varolın "Müzikonair" mükafatlarının təqdimetmə gecəsinə transparan libasda qatılması göstərilib.
Lakin nə Alişən, nə də kanal məsələ ilə bağlı hər hansı açıqlama yayıb.
Qeyd edək ki, cütlük bir müddət əvvəl Ümrə ziyarətində olub. Alişan sözügedən kanalda "Alişan İle Hayata Gülümse" proqramının aparıcısıdır./Axşam.az
Bakı 












