Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
***20:14
Şirvan sakini ehtiyatsızlıqdan 2 yaşlı övladını avtomobillə vurub.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirlib.