• Bakı 16° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Masallıda 18 yaşlı qız itkin düşdü: 11 gündür axtarılır...
CƏMİYYƏT
23 May 2025 | 00:02

Masallıda 18 yaşlı qız itkin düşdü: 11 gündür axtarılır...

Masallıda 11 gündür itkin düşmüş hesab edilən 18 yaşlı yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Çaxırlı kənd sakini, 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də gecə saat 23:00 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata əsasən, Şəfa Fətullayevanın itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında axtarış elan edilib və onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

İtkin düşmüş hesab edilən Şəfa ilə bağlı bəzi təfərrüatlar məlum olub. Kənd sakinlərinin sözlərinə görə, ailə uzun illərdir ki, Rusiya Federasiyasında yaşayıb. Ailə bir neçə ay bundan əvvəl Azərbaycana qayıdıb.

Ailədaxili problemlər də bundan sonra başlayıb. Sakinlər valideynlərin ayrıldığını və hazırda kənddə yaşamadıqlarını bildirirlər. Şəfanın da Bakı şəhərində anası və ya yaxın qohumlarından birinin yanında olduğu ehtimal edilir.

Hazırda deyilənlərə baxmayaraq polis əməkdaşları 18 yaşlı qızın axtarışlarını davam etdirir.


SON XƏBƏRLƏR

22 May 2025