"Atletiko"nun hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Bakıvaxtı.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, "Barselona" futbolçu üçün 100 milyon avroluq təklif irəli sürsə də, Madrid klubu bunu qəbul etməyib və oyunçunun satılmadığını bildirib. Klub onun müqaviləsindəki 500 milyon avroluq sərbəstqalma bəndinə istinad edir.
Qeyd edək ki, Alvareslə PSJ və "Arsenal" da maraqlansa da, argentinalı forvardın hazırda karyerasını məhz “Barselona”da davam etdirmək istədiyi bildirilir. O, ötən mövsüm “Atletiko”da 29 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 












