Avstraliyanın şərqində yerləşən Kvinslend və Viktoriya ştatlarında güclü ildırım, leysan və küləklərlə müşayiət olunan fırtına nəticəsində 90 mindən çox sakin elektrik enerjisiz qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Kvinslenddə yerli enerji şirkəti "Energex"in məlumatına görə, 65 minə yaxın abunəçi müvəqqəti olaraq elektrik enerjisindən məhrum olub.
Bəzi bölgələrdə küləyin sürəti saniyədə 25 metrə çatıb, dolunun diametri isə 5 santimetr olub. Fövqəladə hallar xidmətləri və energetiklər təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün işə başlayıblar.
Viktoriya ştatında isə təxminən 25 min sakin, əsasən Melburn əhalisi işıqsız qalıb. Güclü yağışlar bəzi ərazilərdə daşqınlara səbəb olub.
Enerji şirkətləri elektrik təchizatının yaxın saatlarda tam bərpa ediləcəyinə ümid edirlər.
Bakı 










