q
  • Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən YIXILDI
HADİSƏ
14 May 2026 | 12:03

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən YIXILDI

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də  pəncərədən yıxılıb.

Bakıvaxtı.az xəbər verir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.


SON XƏBƏRLƏR

13 May 2026