• Bakı 30° C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama
MƏDƏNİYYƏT
27 Iyul 2025 | 15:16

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran Musayev məlumat verib.

Onun sözlərinə görə, xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Xatırladaq ki, iyulun 23-də Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib.


SON XƏBƏRLƏR

28 Iyul 2025