HƏMAS girovların azad olunması və atəşkəslə bağlı razılığa gəlməsə, İsrail Qəzza zolağının bəzi hissələrini ilhaq etməyə başlayacaq.
Bakıvaxtı.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu məsələ ilə bağlı təklifi İsrailin Baş naziri Benyamin Netanyahu kabinet üzvləri ilə keçirdiyi qapalı iclada irəli sürüb.
Məlumata görə, İsrail HƏMAS-a daha bir şans vermək niyyətindədir.
İsrail mətbuatı xəbər verir ki, Netanyahunun Qəzzanın ilhaqı ilə bağlı planının məqsədlərindən biri də, maliyyə naziri Bezalel Smotriçin rəhbərlik etdiyi Dini Sionizm partiyasının hökumət koalisiyasından çıxmasının qarşısını almaqdır.