Almaniya təmsilçisi "Bavariya"nın yarımmüdafiəçisi Tomas Müller klub tarixində ən çox qol vuran üçüncü futbolçu olub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, yarımmüdafiəçi bunu klublararası dünya çempionatında Yeni Zelandiyanın "Oklend Siti" klubu ilə matçında həyata keçirib.
35 yaşlı futbolçu komandasının 10:0 hesablı qələbə qazandığı görüşdə dubl müəllifi olub. Bununla da yarımmüdafiəçi "Bavariya"nın heyətində vurduğu qolların sayını 250-yə çatdırıb.
Qeyd edək ki, Münhen təmsilçisinin heyətində ən çox qol vurmuş futbolçu Herd Müllerdir. Sabiq hücumçu 570 dəfə fərqlənməyi bacarıb. Hazırda "Barselona"da çıxış edən polşalı Robert Levandovski isə 344 qolla ikincidir.