• Bakı 30° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9697

    RUB - 2.08

Britaniya İsraili Fələstini tanımaqla hədələdi
DÜNYA
29 Iyul 2025 | 21:39

Britaniya İsraili Fələstini tanımaqla hədələdi

Britaniya hökuməti İsrailin Qəzza zolağında hərbi əməliyyatını dayandırmayacağı təqdirdə, payızda Fələstin dövlətini rəsmən tanımaq niyyətindədir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Böyük Britaniyanın baş naziri Key Starmerin ofisinə istinadən məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa, biz sentyabr ayında BMT Baş Assambleyası qarşısında Fələstin Dövlətini tanıyacağıq”.

Bundan əlavə, London Təl-Əvivi Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olmamağa, həmçinin İordaniyanın Qərb Sahilindəki ərazilərin ilhaqından imtina etməyə çağırıb.


SON XƏBƏRLƏR

29 Iyul 2025