• Bakı 27° C

    3.95 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Yaponiyada sunaminin maksimum hündürlüyü qeydə alınıb
DÜNYA
30 Iyul 2025 | 11:43

Yaponiyada sunaminin maksimum hündürlüyü qeydə alınıb

Yaponiyada sunaminin bu saata qədər qeydə alınmış maksimum hündürlüyü 1,3 metr təşkil edib.

Bakıvaxtı.az  Yaponiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin baş Meteorologiya İdarəsi məlumat yayıb.

Ölkənin şimal-şərqində yerləşən İvate prefekturasındakı Kudzi limanında 1,3 metr hündürlüyündə sunami qeydə alınıb.

Kamçatkada baş verən zəlzələdən sonra Yaponiyada əvvəlcə xəbərdarlıq, daha sonra sunami təhlükəsi elan edilib. Əksər bölgələrdə təxminən 3 metr hündürlüyündə sunami gözlənilirdi. İndiyə qədər Yaponiya sahillərində sunaminin hündürlüyü 40-30 santimetr təşkil edib.

Yaponiya Baş nazirinin ofisi nəzdində böhran qərargahı yaradılıb. Bir sıra avtomobil və dəmir yollarında hərəkət dayandırılıb, ölkənin şimal-şərqindəki Senday hava limanının uçuş-enmə zolağı bağlanıb. Ən azı 356 min nəfərin təxliyəsi elan edilib.


SON XƏBƏRLƏR

30 Iyul 2025