q
  • Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
MƏDƏNİYYƏT
14 May 2026 | 12:11

Bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) bir sıra aktyorlarla əməkdaşlığa başlayıb.

Bakıvaxtı.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, AzTV bununla bağlı aktyorlarla müqavilə bağlayıb.

Müqavilədə "Biz, səssiz səslər, 44 gün" film və televiziya layihələri üzrə xidmətin satın alınması nəzərdə tutulur.

Müqaviləyə əsasən, aşağıdakı aktyorlar layihəyə ödənişli şəkildə cəlb olunub:

Şıxəliyev Ramin Tofiq oğlu - 22.000 AZN
Novruzov Əliməmməd Kamal oğlu - 14.500 AZN
Məmmədov Ramil Şamil oğlu - 20.000 AZN
Əzizov Əzizağa Ağayar oğlu - 16.000 AZN
Əhmədov İlham Namiq Kamal oğlu - 20.000 AZN
Məhərrəmov Məbud Əliəsgər oğlu - 15.000 AZN
Mehdiyev Oqtay Nüsrət oğlu - 25.000 AZN
Fərzəliyev Natiq Aslan oğlu - 17.500 AZN
Əliyeva Ülviyyə Fərhad qızı - 20.000 AZN
Əhmədov Çingiz Əli Əşrəf oğlu - 15.000 AZN

Bundan əlavə, AzTV "Görüş yeri" verilişi üzrə xidmətin satın alınması ilə bağlı Elnur Kərimovla 3.600 manatlıq, "Türk yurdu" verilişi üzrə xidmətin satın alınması ilə bağlı isə Əkbər Yolçuyevlə 3.948 manatlıq müqavilə bağlayıb.


SON XƏBƏRLƏR

13 May 2026