• Bakı 19° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bu çayın üzərindəki körpü uçdu
HADİSƏ
06 Aprel 2026 | 10:52

Bu çayın üzərindəki körpü uçdu

Bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, əraziyə AAYDA əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

"Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur", - AAYDA-dan bildirilib.


SON XƏBƏRLƏR