• Bakı 21° C

    11.01 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Qonşuda təhlükəli virus tapıldı

SİYASƏT

01 Iyun 2026 | 11:54

Qonşuda təhlükəli virus tapıldı

Gürcüstanda təhlükəli Denqe virusuna yoluxma halı aşkarlanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

    Onun sözlərinə görə, Denqe diaqnozu ötən həftə bir nəfərdə təsdiqlənib.

    Çxaidze virusa yoluxmuş şəxsin vəziyyəti barədə məlumat açıqlamayıb.

    Qeyd edək ki, Denqe qızdırması ağcaqanad sancmaları vasitəsilə ötürülən virusdur, dünyanın tropik və subtropik ərazilərində geniş yayılıb. Gürcüstanda bu virus 2013, 2016 və 2017-ci illərdə də qeydə alınıb.


    SON XƏBƏRLƏR

    31 May 2026