Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq və Avropa İttifaqına (Aİ) üzv olmaq üçün referendum keçirməyi planlaşdırmır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində paylaşdığı videoda bildirib.
“Ermənistan rəsmi olaraq Aİ-yə üzvlük məsələsi ilə bağlı müraciət etməyincə və ya üzvlüyə namizəd statusu almağa yaxınlaşmayınca referendum keçirmək məntiqsizdir”, - o deyib.
Onun sözlərinə görə, hazırda 2 ittifaq arasında seçim etmək məntiqsizdir, çünki hələlik Ermənistan xalqına Aİİ-yə üzvlüyün qarşılığında təklif ediləcək başqa bir şey yoxdur. Paşinyan bu seçimi nəzəri adlandırıb və onun referenduma çıxarılmasının düzgün olmayacağını söyləyib.
Bakı 




