• Bakı 25° C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Bu gün “Son zəng”dir
CƏMİYYƏT
14 Iyun 2025 | 00:00

Bu gün “Son zəng”dir

Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir.

Bakıvaxtı.az xəbər verir ki, 15 sentyabrda başlayan 2024-2025-ci tədris ili 14 iyunda başa çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən məlumata görə, 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 min 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 min 222 nəfər şagird məzun olacaq.

O da qeyd olunub ki, məzun olan şagirdlərin təhsil sənədləri ilə təmin olunması üçün bütün zəruri tədbirlər artıq görülüb. Belə ki, tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına iyunun 14-20-si, ümumi orta təhsil haqqında attestatların isə iyunun 23-28-i aralığında təqdim edilməsi planlaşdırılır:

"Məzunlar həmin tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz", - deyə MÜTDA-dan bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025