• Bakı 19° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Bu ölkələr hava məkanını Vuçiçin təyyarəsi üçün bağladı
DÜNYA
06 May 2025 | 22:56

Bu ölkələr hava məkanını Vuçiçin təyyarəsi üçün bağladı

Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyi planlaşdıran Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi üçün öz hava məkanını bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Bildirilib ki, belə bir qərar “uçuşun hədəfinin siyasi həssaslığı” ilə bağlı verilib.

Qadağanın müddəti dəqiqləşdirilməyib.

Qeyd edək ki, Vuçiç mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyi planlaşdırır.


SON XƏBƏRLƏR

06 May 2025