Çexiyada anomal isti hava şəraiti ölkədə quraqlığın daha da dərinləşməsinə səbəb olub.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin əksər çay və su hövzələrində suyun səviyyəsi uzunmüddətli orta göstəricilərdən kəskin aşağı düşüb. Bir sıra çay və dərələrin isə tamamilə quruduğu bildirilir.
Məlumata görə, Çexiyanın böyük hissəsində hidrologiya üzrə ekstremal aşağı göstəricilər qeydə alınıb. Ölkənin əsas su arteriyalarında vəziyyət xüsusilə narahatedici həddə çatıb.
Elba çayında suyun səviyyəsi bütün müşahidə dövrü ərzində qeydə alınan tarixi minimuma yaxınlaşır. Praqadan keçən Vltava çayında isə su anbarları sisteminin tənzimlənməsi hesabına vəziyyəti müəyyən qədər sabit saxlamaq mümkün olub.
Bununla belə, Cənubi Çexiyanın Çeske-Budevitsa şəhəri ərazisində Vltavada suyun səviyyəsi müşahidələr tarixində qeydə alınan ən aşağı göstəricilərdən birinə çatıb.
Bakı 











