• Bakı 22° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununa çıxacaq
İDMAN
05 Oktyabr 2024 | 10:37

Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti oyununa çıxacaq

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığma ikinci görüşündə Gürcüstanla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk turda İngiltərəni 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024