• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Daha bir marşrutun avtobusları dəyişir
CƏMİYYƏT
07 Mart 2026 | 14:40

Daha bir marşrutun avtobusları dəyişir

Metronun “28 May” stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, marşrut xəttində 30 böyüktutumlu avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.


SON XƏBƏRLƏR

06 Mart 2026