• Bakı 22° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

DİN: Ötən gün 32 cinayətin üstü açılıb
HADİSƏ
05 Oktyabr 2024 | 10:04

DİN: Ötən gün 32 cinayətin üstü açılıb

Oktyabrın 4-də ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024