• Bakı 21° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!
CƏMİYYƏT
03 Iyul 2025 | 18:10

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 3-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

Mərkəzdən Bakıvaxtı.az-a bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

BB vəzifə qrupu üzrə test imtahanı avqustun 3-ü saat 11:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat iyulun 3-ü saat 14:00-dan iyulun 24-ü saat 14:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə avqustun 3-ü saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında iyulun 24-ü saat 14:00-dək həyata keçiriləcək.


SON XƏBƏRLƏR

03 Iyul 2025