• Bakı 17° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Dünya universitetləri sürətli inkişaf yolundadır, biz isə... - Dos. İlham Əhmədov yazır
YAZARLAR
25 Aprel 2022 | 09:12

Dünya universitetləri sürətli inkişaf yolundadır, biz isə... - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

UNEC-in rektoru, professor Ədalət Muradov öz feysbuk səhifəsində son aylar ali təhsil problemlərinə dair maraqlı fikirlər  paylaşır. Bu yaxında  professor"Keçmişlə müqayisədə universitetlərin sayı əhəmiyyətli dərəcədə artıb" kimi kiçik həcmli məqalə yazı paylaşıb.

Rektorun sözlərinə görə, universitetlərin sayının artması sanki onlara olan inamın azalması ilə müşaiyət olunur:  "Universitetlər qarşısında duran əsas vəzifələri yerinə yetirmək, o cümlədən, “yaxşı mütəxəssis tapa bilmirik” iradlarına son qoymaq üçün universitetlərə inamın bərpası da həlledici amillərdəndir. Universitet funksiyalarının cari iqtisadi və sosial məsələlərlə məhdudlaşdırılması da yanlış görünür. Eləcə də universitetlərin “məhsulu”nun, yəni məzunlarının və eləcə də “qiymətləndiricilər”in özlərinin də qiymətləndirilməsi sisteminə ehtiyac olduğunu düşünürük".

Bəli,  universitetlərin sayı qlobal təhsil məkanında ilbəil artır. Bu artım bizim ölkədə də hiss edilir. Universitetlərin sayının artması təbiidir. Bu, qlobal  tendensiyadır. Məsələn, 40 il ərzində Türkiyədə və İranda olan universitetlərin sayı təxminən 15 dəfə artıb. Çünki, müasir iqtisadiyyat daha çox ali təhsilli kadrlara ehtiyac duyur. Bizdə də say artımı oldu. Təəssüf ki, kəmiyyət artımı ölkədə insan kapitalının keyfiyyət artımına nəinki dəstək verdi, əksinə keyfiyyət aşağı düşdü. Təəssüf ki, neft kapitalını insan kapitalına transformasiya edə bilmədik. Biz 40 il əvvəl sənaye cəmiyyəti tələblərinə cavab verə bilən kadrlar yetişdirə bilirdik. Bu gün isə informasiya cəmiyyəti tələbələrinə cavab verə bilən keyfiyyətli kadrlar hazırlamaqda ciddi problemlərimiz var.

Bu problemlərin yaxın illərdə həll ediləcəyini düşünmürəm, əksinə inkişaf etmiş ölkələrin təhsil səviyyəsindən olan geriliyimiz ilbəil artacaq. Bunun səbəbi çoxdur. Ən mühüm səbəb isə bu geriliyin aradan qaldırılmasına xidmət edən strategiyaların hələ də mövcud olmamasıdır. Bu haqda düşünənlər də çox azdır, belə strategiyalar hazırlaya bilən komandalar isə demək olar ki, yoxdur. ...

17 ildir Boloniya prosesinə qoşulmuşuq, hələ də beynəlxaq akkreditasiyadan keçən bir universitetimiz belə yoxdur, yaxın 10 ildə bu heç gözlənilmir də.

Dünya universitetləri isə öz sürətli inkişaf yolundadırlar, biz isə hələ gözləyirik...


SON XƏBƏRLƏR