• Bakı 19° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Əli Əsədov: Azərbaycanla MDB dövlətləri arasında ticarət dövriyyəsi 10 %-dən çox artıb
SİYASƏT
22 May 2026 | 15:20

Əli Əsədov: Azərbaycanla MDB dövlətləri arasında ticarət dövriyyəsi 10 %-dən çox artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət-iqtisadi münasibətləri ardıcıl surətdə güclənərək müsbət dinamika nümayiş etdirir.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov bu gün Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

"2025-ci ildə Azərbaycanla MDB dövlətləri arasında ticarət dövriyyəsinin həcmi 10 %-dən çox artıb", - Ə.Əsədov bildirib.

Onun sözlərinə görə, eyni zamanda, qarşılıqlı ticarətin, investisiya əməkdaşlığının daha da genişləndirilməsi və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Baş nazir vurğulayıb ki, Azərbaycan MDB çərçivəsində həmişə mehriban qonşuluq, qarşılıqlı hörmət və konstruktiv tərəfdaşlıq prinsiplərinə sadiqlik nümayiş etdirir.

"Biz bundan sonra da MDB-nin üzvü olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığı sabitlik, dayanıqlı inkişaf və xalqlarımızın rifahı naminə gücləndirmək niyyətindəyik", - Ə.Əsədov əlavə edib.


SON XƏBƏRLƏR