Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallinndəki səfirliyinin diplomatik əməkdaşını persona non-qrata elan edib və ondan ölkəni tərk etməyi tələb edib.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Nazirlik bəyanat yayıb.
Bəyanata görə, diplomat Estoniyanın konstitusiya quruluşunun və hüquq sisteminin pozulmasında birbaşa iştirak edib.
"Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini Rusiya səfirliyinin birinci katibini persona non-qrata elan edən diplomatik notanı ona təqdim etmək üçün çağırıb. Diplomat Estoniyanı tərk etməlidir", - bəyanatda vurğulanıb.
Gülşən Şərif