• Bakı 31° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Güllə atıcımız Avropa çempionatında gümüş medal qazandı
İDMAN
31 Iyul 2025 | 19:26

Güllə atıcımız Avropa çempionatında gümüş medal qazandı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın 6 raundu üzrə Lunyov ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb.

Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.


SON XƏBƏRLƏR