• Bakı 15° C

    12.28 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Gümrü merinə qarşı yeni ittiham irəli sürüldü
DÜNYA
26 Oktyabr 2025 | 22:11

Gümrü merinə qarşı yeni ittiham irəli sürüldü

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan Rusiya ilə birliyin zəruriliyi ilə bağlı açıqlamalarına görə yeni ittihamlarla qarşılaşıb.

Bakıvaxtı.az xəbər  verir ki, bu barədə onun vəkili Zarui Postancyan "Facebook"da məlumat verib

O bildirib ki, yeni cinayət təqibi merin digər ölkələrlə birlik yaratmaq "düşüncələri" səbəbindən başlayıb. Onun sözləri "Ermənistan Respublikasının suverenliyindən imtina etmək üçün açıq çağırış" maddəsi ilə "tənzimlənib". Əslində, Qukasyan "Türkiyənin yaratdığı təhlükədən özünü qorumaq üçün ölkənin öz suverenliyini qoruyarkən Rusiya ilə birliyə ehtiyacı olduğunu deyirdi".

"Gümrü meri öz hüququndan istifadə edərək sadəcə fikrini bildirib və digər dövlətlər arasında qarşılıqlı məqbul birliklərin yaradılması ilə müqayisə aparıb. Qukasyan dəfələrlə vurğulayıb ki, bu, müstəqil dövlətçiliyi qoruyarkən edilməlidir", - deyə vəkil qeyd edib.

O, müvəkkilinə qarşı irəli sürülən ittihamları siyasi təqib hesab edib və onları Ermənistanın Baş naziri Nikol Paşinyanın Qukasyanı siyasətdən uzaqlaşdırmaq əmri ilə əlaqələndirib.


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025