• Bakı 19° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Hacıqabulun 3 kəndini sel BASDI
HADİSƏ
06 May 2025 | 23:19

Hacıqabulun 3 kəndini sel BASDI

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altında qoyub.

Bakıvaxtı.az-ın məlumatına görə, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib./report


SON XƏBƏRLƏR

06 May 2025