Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Maharaştra ştatında baş verən daşqınlar nəticəsində 21 nəfər həyatını itirib.
Mumbay şəhərində 500-ə yaxın insan təxliyə edildiyi bildirilib.
Qeyd olunub ki, avqustun 15-dən 19-na kimi ştatda güclü yağış daşqınlara səbəb olub.
Mina Mikayılova