• Bakı 24° C

    15.9 m/s

Livan: Fələstinlilərin silah-sursatı yığılacaq - VİDEO
DÜNYA
21 Avqust 2025 | 19:02

Livan: "Fələstinlilərin silah-sursatı yığılacaq" - VİDEO

Livan Silahlı Qüvvələri bu gecə saatlarından başlayaraq ölkənin Sur şəhərində yerləşən "Əl-Büss" və paytaxt Beyrutdakı "Bürc-əl-bəracnə" qaçqın düşərgələrindən silah-sursatın müsadirəsinə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu addım ölkədəki bütün silah-sursatın "yalnız dövlət tərəfindən saxlanılması", eyni zamanda, iranyönümlü "Hizbullah" terror təşkilatının silahsızlaşdırılması prosesi çərçivəsində atılır.

"Qaçqın düşərgələrindən silahların toplanması Fələstin Muxtariyyəti ilə əməkdaşlıq fonunda həyata keçiriləcək", – məlumatda vurğulanır.

Livan ərazisindəki bu və digər qaçqın düşərgələrinin terror qruplaşmalarının, xüsusilə "Hizbullah"ın məskəninə çevrilməsi barədə mətbuatda tez-tez xəbərlər yayılır. Livan Ordusu həmin düşərgələrdə mütəmadi reydlər keçirir.


SON XƏBƏRLƏR