İndoneziyanın Timor adası sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, episentr təxminən 282 min insanın yaşadığı Kupanq şəhərindən 129 km şimalda, ocağı isə 84 km dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.
Bakı 










