"Barselona"nın sabiq ulduz futbolçusu Andres İnyesta məşqçilik karyerasına start verib. 42 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Qalf Yunayted" klubunun baş məşqçisi təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub mütəxəssislə uzunmüddətli müqavilə imzalandığını vurğulayıb.
Qeyd edək ki, artıq A kateqoriyalı məşqçilik lisenziyasına sahib olan İnyesta yeni komandasında fəaliyyət göstərərək həm təcrübə toplayacaq, həm də ən yüksək dərəcəli, PRO kateqoriyalı lisenziyanı əldə etmək üçün çalışacaq.
Qeyd edək ki, 2019-cu ildə əsası qoyulan "Qalf Yunayted" klubu hazırda BƏƏ-nin səviyyəcə ikinci futbol divizionunda çıxış edir.
Bakı 












