• Bakı 24° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İordaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb
SİYASƏT
28 May 2026 | 13:17

İordaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İordaniyanın Kralı II Abdullah ibn Al HüseynAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.


SON XƏBƏRLƏR

27 May 2026