Gələn ay İran və Rusiya arasında Rəşt–Astara dəmir yolunun tikintisinə dair saziş imzalanacaq.
Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.
Nazirin sözlərinə görə, bu layihə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması və region ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Fərzanə Sadiq qeyd edib ki, son iki həftə ərzində Azərbaycan və Pakistana rəsmi səfərlər həyata keçirilib. Bakı səfəri zamanı Rəşt–Astara marşrutu üzrə yük daşımalarının artırılması və logistika əlaqələrinin genişləndirilməsi istiqamətində danışıqlar artıq praktiki mərhələyə keçib.
Nazir əlavə edib:
“Sanksiyalar və mövcud məhdudiyyətlərə baxmayaraq, əməkdaşlıq ruhu pozulmayıb. Magistral və dəmir yollarının inkişafı qonşu ölkələrlə iqtisadi əlaqələrin dərinləşməsinə mühüm töhfə verir”.
Bakı 










