• Bakı 17° C

    11.97 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İran millisinin mundiala gedəcək yekun heyəti açıqlandı
İDMAN
01 Iyun 2026 | 23:00

İran millisinin mundiala gedəcək yekun heyəti açıqlandı

İran millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. 

Bakıvaxtı.az bu haqda İran Futbol Federasiyasına istinadən xəbər verir. Baş məşqçi Əmir Qoleneyon mundiala aparacağı 26 futbolçu aşağıda adları qeyd olunanlardır.

Qapıçılar: Əlirza Beyranvand (“Traktor Sazi”), Hüseyn Hüseyni (“Sepahan”), Payam Niyazmand (“Persepolis”).

Müdafiəçilər: Danial İri (“Malavan”), Ehsan Hacısəfi (“Sepahan”), Saleh Hardani (“İstiqlal”), Hüseyn Kənanizadəqan (“Persepolis”), Şoca Xəlilzadə (“Traktor Sazi”), Milad Məhəmmədi (“Persepolis”), Əli Nemati (“Fulad”), Ramin Rzayan (“Fulad”).

Yarımmüdafiəçilər: Ruzbeh Çeşmi (“İstiqlal”), Səid Ezzətollahi (“Şabab Əl-Əhli”), Mehdi Qaedi (“Əl-Nəsr” Dubay), Saman Qoddos (“Əl-İttihad Kəlbə”), Məhəmməd Qorbani (“Əl-Vəhda”), Əlirza Cahanbəxş (“Dender”), Məhəmməd Mohebi (“Rostov”), Əmir Rəzzaqiniya (“İstiqlal”), Mehdi Torabi (“Traktor Sazi”), Ariya Yusefi (“Sepahan”).

Hücumçular: Əli Əlipur (“Persepolis”), Dennis Ekkert (“Standard”), Əmirhüseyn Hüseynzadə (“Traktor Sazi”), Şəhriyar Moğanlu (“Əl-İttihad Kəlbə”), Mehdi Taremi (“Olimpiakos”).

İran millisi DÇ-2026-nın G qrupunda çıxış edəcək. Komandanın rəqibləri Yeni Zelandiya, Belçika və Misir yığmaları olacaq.


SON XƏBƏRLƏR

01 Iyun 2026