İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-ların Livana zərbələri nəticəsində 7 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Lebanon 24” məlumat yayıb.
Bildirilib ki, zərbələr əsasən Hizbullah bazalarının yerləşdiyi Nabatiya yaxınlığına və İklim-ət-Tuffax dağlıq zonasına endirilib.
Hücumlar zamanı bir neçə nəfərin də yaralandığı bildirilir.