• Bakı 26° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsraili məhv edəcəyik - Xamenei
DÜNYA
13 Iyun 2025 | 22:07

"İsraili məhv edəcəyik" - Xamenei

İran ordusu “bütün gücü ilə” İsrailə hücum edəcək və onu “məhv edəcək”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciətində deyib. 

"İranın silahlı qüvvələri var güclə hərəkət edəcək və alçaq sionist rejimini məhv edəcək. Sionist rejim bu cinayətdən sağ-salamat xilas olmayacaq. İran xalqı əmin ola bilər ki, bu məsələdə heç bir güzəşt olmayacaq", - Xamenei deyib.

Xamenei xalqa müraciətində İsrailin İrana hücumlarını da cinayət kimi qiymətləndirib və yəhudi dövlətinin “acı və dəhşətli taleyi”ni proqnozlaşdırıb.


SON XƏBƏRLƏR

13 Iyun 2025