• Bakı 21° C

    14.16 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

İsrailin İrana hücumlarında 30 şagird və 7 müəllim həyatını itirib
DÜNYA
03 Iyul 2025 | 16:11

İsrailin İrana hücumlarında 30 şagird və 7 müəllim həyatını itirib

İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumların faciəvi nəticələri ortaya çıxmağa davam edir.

Bakıvaxtı.az xəbər verir ki, İran Təhsil Nazirliyi 13 iyunda başlanan və 12 gündür davam edən hücumlarla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hücumlar nəticəsində azı 30 şagird və 7 müəllim həyatını itirib, 36 məktəb binası isə ciddi ziyan görüb.

Məlumatda qeyd olunub ki, ölənlərin əksəriyyəti məktəb binası və yaxın ərazilərdə olarkən raket zərbələrinə tuş gəlib.

Hücumların əsasən məktəblərin də yerləşdiyi yaşayış məntəqələrinə yönəldiyi bildirilir. Bu da mülki itkilərin artmasına səbəb olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR