Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, digər rəsmilər, eləcə də ölkənin mədəni-ictimai şəxsləri, media mənsubları və başqa qonaqlar iştirak edirlər.
Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə qonaqlar festivaldakı “Cıdır meydanı”, “Yaylaq süfrəsi”, “Sənətkarlıq guşəsi”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı” və digər tematik sahələrlər tanış olublar.
Qonaqlara məlumat verilib ki, əvvəlki illərdə olduğu kimi, builki festival da üç əsas istiqamətə - mədəni-etnoqrafik hissə, milli yaylaq oyunları və ekoturizm (eko-ağro-etno turizm) bölmələrindən ibarətdir.
Rəsmilər və festival iştirakçıları yerli, eləcə də xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifalarını, yerli kollektivlərin çıxışlarını, milli rəqsləri, xalq mahnılarını izləyiblər. Həmçinin Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri ilə tanış olublar.
Festival çərçivəsində səhnəciklər, teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq nümunələri və milli geyim sərgiləri təqdim olunub.
Açılış mərasimi təntənəli konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, IV Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi, və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.
***
18:13
IV Milli Yaylaq Festivalının açılış mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, digər rəsmilər, eləcə də ölkənin mədəni-ictimai şəxsləri, media mənsubları və digər qonaqlar iştirak edirlər.
Builki festivalın açılış konsertində Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gələn sənətçilər çıxış edəcək.