• Bakı 27° C

    9.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Latviya Belarusla sərhədin altında tunel aşkar edib
DÜNYA
11 Avqust 2026 | 14:17

Latviya Belarusla sərhədin altında tunel aşkar edib

Latviya Belarusla sərhədin altında tunel aşkar etdiyini bildirib və ölkənin şərq sərhədində nəzarətin gücləndirilməsi tədbirlərini elan edib.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Latviyanın daxili işlər naziri Yanis Dombrava baş nazir Andris Kulberqs ilə birgə mətbuat konfransında bildirib.

"Latviyanın şərq sərhədinin mühafizəsi sərhəd xidməti, dövlət polisi, Milli Silahlı Qüvvələr və təhlükəsizlik xidmətləri arasında daha sıx əməkdaşlıq, eləcə də qeyri-qanuni miqrantların erkən aşkarlanması və saxlanılması üçün pilotsuz uçuş aparatlarından daha intensiv istifadə edilməsi hesabına gücləndiriləcək", - Dombrava deyib.

Baş nazir Andris Kulberqs bildirib ki, cinayətkar şəbəkələr Belarusdan Latviyaya miqrasiyaya şərait yaradır, miqrantlara Şengen zonasına daxil olmağa kömək edirlər.

Onun sözlərinə görə, bununla belə, onların bir çoxu üçün son təyinat məntəqəsi Avropanın digər ölkələridir.

Daha əvvəl Kulberqs miqrasiya ilə bağlı vəziyyəti "hibrid təhlükə" adlandırmışdı. Bununla əlaqədar olaraq Latviya artıq Belarusla sərhəddə xidmət göstərənlərin sayını ikiqat artırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026