• Bakı 26° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

“Liverpul” 150 milyon avroluq transferini açıqladı
İDMAN
20 Iyun 2025 | 23:53

“Liverpul” 150 milyon avroluq transferini açıqladı

“Liverpul” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtzin transferini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

22 yaşlı almaniyalı futbolçu şəxsi şərtlərdə razılıq əldə etdikdən və tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, “Liverpul” bu transfer üçün “Bayer”ə 150 milyon avro ödəyib. Virtzin yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilib.

Qeyd edək ki, Florian Virtz geridə qalan mövsümdə 45 oyuna çıxaraq 16 qol və 15 qolun ötürməsi ilə yadda qalıb. 


SON XƏBƏRLƏR

20 Iyun 2025